Cəmiyyət

"Şərəf" ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir? - Dosye

17 Oct 2026, 17:02 3 baxış
"Şərəf" ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. Oxu.Az Valeh Ələsgərovun dosyesini təqdim edir: Valeh Feyruz oğlu Ələsgərov 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. O, Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib, əməkdar mühəndisdir. 1970-ci ildən "Permneft" birliyinin "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi və baş mühəndis vəzifələrində çalışan Valeh Ələsgərov 1982-ci ildə fəaliyyətini "Permneft" Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri kimi davam etdirib. 1985-1987-ci illərdə isə "Muradxanlı" NQÇİ-də baş mühəndis və idarə rəisinin müavini olub. O, eyni zamanda, 1987-ci ildən etibarən "Azərneft" Birliyində baş mühəndis və baş direktorun müavini, 1992-ci ildən "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti və şirkət prezidentinin müşaviri vəzifələrində çalışıb. 1995-ci ildən isə Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində işləyib. Valeh Ələsgərov daha sonra fəaliyyətinə deputat kimi davam edib. 2005-ci il noyabrın 5-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib. V.Ələsgərov 2019-cu il noyabrın 25-də Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib. 2020-ci ilin mayından etibarən Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədridir. 2021-ci ildə isə birinci dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. Ailəlidir 4 övladı var.
Mənbə oxu.az

Oxşar Xəbərlər