Cəmiyyət
Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib - Təfərrüat
Bərdə Rayon Mərkəzi Xəstəxanasında huşsuz pasiyentə qarşı zorakılıq göstərdiyi üçün işdən çıxarılan sanitar qadının sonrakı davranışı ilə bağlı yeni təfərrüat məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, əmək müqaviləsinə xitam verildikdən sonra sanitar qadın xəstəxanaya gedib və sirkə içərək intihara cəhd edib. Pasiyenti döydüyü üçün işdən çıxarılmasına etiraz edən sanitar qadının uşaqlarının ac qalacağını iddia etdiyi üçün şantaj xarakterli bu addımı atdığı qeyd olunub. Xatırladaq ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında II Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadın stasionar müalicədə olan, köməksiz və huşsuz vəziyyətdəki 70 yaşlı kişi pasiyentə qarşı fiziki zorakılığa yol verib.
Mənbə
oxu.az