Siyasət

Ana Birçall İranın Naxçıvana hücumunu pislədi: "Münaqişə geniş regiona yayılır"

05 Mar 2026, 21:48 1 baxış
Ana Birçall İranın Naxçıvana hücumunu pislədi: "Münaqişə geniş regiona yayılır"
Rumıniya baş nazirinin sabiq müavini Ana Birçall İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu pisləyib. Oxu.Az xəbər verir ki, Birçall bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "Mən İranın suveren dövlət olan Azərbaycana hücumunu pisləyirəm. Bu, münaqişənin daha geniş regiona yayılması deməkdir. Azərbaycan regionda və onun hüdudlarından kənarda sülhün dayağıdır", - deyə Birçall vurğulayıb. Eyni zamanda, o, gələn həftə qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunacağı XIII Qlobal Bakı Forumunda iştirak edəcəyini açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər