İdman

Xizək alpinizmi yarışlarında qarışıq estafet mərhələsinə START VERİLDİ

05 Mar 2026, 10:42 1 baxış
Xizək alpinizmi yarışlarında qarışıq estafet mərhələsinə START VERİLDİ
Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarının ikinci gününə start verilib. Oxu.Az xəbər verir ki, yarışın ikinci günündə idmançılar qarışıq estafet (mixed relay) növü üzrə mübarizə aparacaqlar. Azərbaycan milli komandasını bu yarışda Nəzrin Qəribova və Nəbiyulla Qələbəqiyev cütlüyü təmsil edir. Qeyd edək ki, martın 8-nə kimi davam edəcək yarışlarda U18 və U20 kateqoriyasında olan qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafet (mixed relay) fərdi və vertikal növlərdə mübarizə aparacaqlar. Yarışda 18 ölkədən - Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Yunanıstan, Andorra, İsveç və Fərdi Neytral İdmançılar (AIN) olmaqla 124 idmançı iştirak edir. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər