İdman

Azərbaycan Kubokunda yarımfinala çıxacaq son iki komanda bu gün müəyyənləşəcək

05 Mar 2026, 09:34 1 baxış
Azərbaycan Kubokunda yarımfinala çıxacaq son iki komanda bu gün müəyyənləşəcək
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün yekun vurulacaq. Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə daha iki cavab matçı keçiriləcək. Günün ilk qarşılaşmasında "Turan Tovuz" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma Yevlax şəhər stadionunda saat 14:30-da start götürəcək. İlk görüşdə Tovuz klubu qalib gəlib - 1:0. Cütün qalibi yarımfinalda "Zirə" ilə üz-üzə gələcək. Günün ikinci matçında "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Oyun Qəbələ şəhər stadionunda saat 18:00-da başlayacaq. Bakıda gerçəkləşən qarşılaşma qolsuz bitib. Cütün qalibi növbəti raundda "Qarabağ"a rəqib olacaq. Azərbaycan Kuboku 1/4 final, cavab oyunları 5 mart 14:30. "Kəpəz" - "Turan Tovuz" Yevlax şəhər stadionu. 18:00. "Qəbələ" - "Sabah" Qəbələ şəhər stadionu. Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ı 2:0 (ilk oyun - 0:0) hesabı ilə üstələyən "Zirə" və "Şamaxı"nı məğlub edən (1:2, 3:1) "Qarabağ" yarımfinalda oynamaq hüququ qazanıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər