İdman

"Qarabağ"ın oyununda maraqlı an: Oyun bitməmiş azarkeş meydana girib Zubirlə şəkil çəkmək istədi - VİDEO

05 Mar 2026, 01:36 1 baxış
"Qarabağ"ın oyununda maraqlı an: Oyun bitməmiş azarkeş meydana girib Zubirlə şəkil çəkmək istədi - VİDEO
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Şamaxı" matçında qeyri-adi hadisə yaşanıb.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 90+3-cü dəqiqəsində tribunadan bir azarkeş meydana daxil olaraq "Qarabağ"ın fransalı futbolçusu Abdullah Zubirlə şəkil çəkdirmək istəyib. Ağdam klubunun hücum epizodu zamanı baş verən hadisə 35 yaşlı yarımmüdafiəçini təəccübləndirib. Zubir azarkeşin istəyini yerinə yetirməyə çalışsa da, komanda ilə birlikdə hücuma qoşulmalı olub. Təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təşkil olunmamasına görə "Qarabağ" klubunun AFFA tərəfindən cərimələnməsi istisna edilmir. Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə əsasən "Şamaxı"nı 4:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər