Dünya

Yaxın Şərqdəki durum Moldovanı da silkələdi: Enerji sektorunda fövqəladə vəziyyət

04 Mar 2026, 16:24 2 baxış
Yaxın Şərqdəki durum Moldovanı da silkələdi: Enerji sektorunda fövqəladə vəziyyət
Moldova hökuməti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda enerji sektorunda 60 günlük fövqəladə vəziyyət rejimi tətbiq edib. Oxu.Az adıçəkilən ölkənin hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib. Moldovanın Baş naziri Aleksandr Muntyanu bildirib ki, hakimiyyət münaqişə zonasındakı hərbi əməliyyatları diqqətlə izləyir: "Tammiqyaslı böhrana çevrilə biləcək bu münaqişənin nə vaxt bitəcəyi bəlli deyil. Enerji sektorunda 60 gün müddətinə fövqəladə vəziyyət elan edilir". Onun sözlərinə görə, münaqişənin potensial eskalasiyası neft və qaz təchizatı da daxil olmaqla qlobal enerji bazarlarına təsir göstərə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər