Dünya
Tbilisidə güclü yağışlar: Metro stansiyaları su altında qaldı - VİDEO
Ötən gün Gürcüstanın paytaxtında müşahidə edilən şiddətli və davamlı yağışlar ciddi fəsadlar yaradıb. Kəskin hava şəraiti səbəbindən şəhər küçələri və binaların zirzəmiləri ilə yanaşı, "Rustaveli" və "Vaja Pşavela" metro stansiyalarını da su basıb. Oxu.Az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Tbilisi meriyasının yaydığı bəyanatda qeyd olunub.
Şəhər rəsmilərinin sözlərinə görə, xüsusilə Tamaraşvili prospektində daha çox yağıntı qeydə alınıb. Saburtalo rayonunun Çikovani küçəsində qaz kəmərinin zədələnməsi yaxınlıqdakı binada yaşayan sakinlərin təxliyəsi ilə nəticələnib. Sonradan qaz xəttinin fəaliyyəti bərpa edilib. Meriyanın bəyanatında bildirilir ki, Tbilisi şəhər rəhbərliyinin müvafiq xidmətləri və paytaxtın rayon administrasiyaları fövqəladə iş rejimində fəaliyyət göstərib. "Tbiliservis" qrupu tərəfindən yolların və küçələrin təmizlənməsi və bərpası işləri yerinə yetirilib.

Mənbə
oxu.az