Dünya

Hakan Fidan Abbas Əraqçı ilə danışdı

04 Mar 2026, 16:52 2 baxış
Hakan Fidan Abbas Əraqçı ilə danışdı
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı ilə telefonla danışıb. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, danışıqların əsas mövzusu İrandan atılan və Türkiyə hava məkanında zərərsizləşdirilən raketlə bağlı olub. Bölgədəki gərginliyə diqqət çəkən Hakan Fidan, münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı bir addımdan çəkinməyin vacibliyini vurğulayıb. Xatırladaq ki, Türkiyənin hava məkanına yönələn ballistik raket vurulub. Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərinə görə, İran ərazisindən atılan raket Suriyanın hava məkanında vurulub. İtki yoxdur. Qeyd olunub ki, Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulan raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər