Dünya

İsrail ordusu SEPAH xüsusi təyinatlılarının komandirini öldürüb

04 Mar 2026, 00:20 2 baxış
İsrail ordusu SEPAH xüsusi təyinatlılarının komandirini öldürüb
İsrail hərbçiləri Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi təyinatlılarının Livan korpusunun komandir vəzifəsini icra edən Davud Əlizadəni məhv edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, o, İsrail HHQ-nin dəqiq zərbəsi nəticəsində öldürülüb. D.Əlizadə əvvəllər başqa bir İsrail zərbəsi nəticəsində zərərsizləşdirilmiş əvvəlki komandir Həsən Məhdavinin yerinə "Qüds" qüvvələrinin Livan korpusunun komandir vəzifəsini icra edirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər