Dünya

KİV: İranda yeni ali liderin seçilməsi martın 6-dan sonra baş tuta bilər

04 Mar 2026, 00:28 2 baxış
KİV: İranda yeni ali liderin seçilməsi martın 6-dan sonra baş tuta bilər
ABŞ və İsrail tərəfindən Əli Xameneinin öldürülməsindən sonra İranın yeni ali liderinin seçilməsi martın 6-dan sonra baş tuta bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi mənbəyə istinadən məlumat yayıb. "Rəhbərin seçilməsi üzrə Ekspertlər Şurasının yekun əyani iclası rəhbərin dəfn mərasimlərindən sonra gələn həftəyə (İranda iş həftəsi şənbə günündən başlayır - red.) keçirilə bilər", - deyə agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, Ekspertlər Şurasının iclasının keçirilməsi üçün xüsusi təhlükəsizlik tədbirləri görülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər