Dünya
KİV: Üç mindən çox gəmi Fars körfəzi limanlarında qalır
Fars körfəzi limanlarında 3 000-dən çox gəmi Hörmüz boğazından keçmək üçün növbə gözləyir. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Hazırda dünya gəmi daşımalarının təxminən 4%-i Fars körfəzində hərəkətsiz vəziyyətdədir. Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi vasitəsilə Hind okeanı ilə birləşdirir. Dünyada ixrac olunan neftin təxminən beşdəbiri məhz bu marşrutdan keçir.
Mənbə
oxu.az