Dünya
Tramp İspaniya ilə ticarəti dayandırmaq niyyətindədir
ABŞ Prezidenti Donald Tramp İspaniyanın NATO-da hərbi xərcləri ÜDM-in 5%-dək qaldırmaqdan imtina etməsindən sonra Vaşinqtonun Madridlə bütün ticarət əlaqələrini kəsmək niyyətində olduğunu bildirib. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə Almaniya Kansleri Fridrix Mertslə görüşü zamanı danışıb. "Onların böyük insanları var, lakin böyük rəhbərlikləri yoxdur. Onlar hər şeyi 2% səviyyəsində saxlamaq istəyirdilər və onlar bu 2%-i də ödəmirlər, ona görə də biz İspaniya ilə bütün ticarəti dayandıracağıq. Bizim İspaniya ilə heç bir əlaqəmiz olmasını istəmirik", - deyə o vurğulayıb.
Mənbə
oxu.az