Dünya

Hakan Fidandan İranla bağlı AÇIQLAMA: "Müharibənin müddəti və forması dəyişə bilər"

03 Mar 2026, 23:36 2 baxış
Hakan Fidandan İranla bağlı AÇIQLAMA: "Müharibənin müddəti və forması dəyişə bilər"
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İsrailin İrana qarşı hücumlarını şərh edərək, Ankaranın müharibənin daha da genişlənməməsi üçün intensiv diplomatik səylər göstərdiyini bildirib. Oxu.Az xəbər verir ki, məlumatı "Milliyyet" qəzeti yayıb. Nazirin sözlərinə görə, hücumdan bir saat əvvələ qədər diplomatik təşəbbüslər davam edib və Körfəz ölkələri müharibənin qarşısını almağa çalışıblar. "Region son 20 ildə ağır münaqişələr yaşayıb və hazırkı qarşıdurma artıq təkcə sərhədlərlə məhdudlaşmır. İran enerji infrastrukturuna yönələn strateji addımlar atır və bu, həm region, həm də qlobal enerji təhlükəsizliyi üçün ciddi risk yaradır", - deyə o bildirib. Nazir vurğulayıb ki, müharibənin müddəti və yayılma forması qarşıya qoyulan hədəflərdən asılı olacaq, İranın hərbi potensialının sıradan çıxarılması və ya rejim dəyişikliyinə yönəlmiş əməliyyat ssenariləri mümkün variantlar arasındadır. H.Fidan əlavə edib ki, Türkiyə bir sıra ölkələrlə təmaslar apararaq prosesin daha da gərginləşməsinin qarşısını almağa çalışır.
Mənbə oxu.az

Oxşar Xəbərlər