Dünya

Rusiyada qətldə ittiham olunan azərbaycanəsilli iş adamı üçüncü dəfə bəraət aldı

03 Mar 2026, 19:08 2 baxış
Rusiyada qətldə ittiham olunan azərbaycanəsilli iş adamı üçüncü dəfə bəraət aldı
Rusiyanın Çelyabinsk şəhərinin Kassasiya Məhkəməsi 2000-ci ildə törədilmiş qətlə görə üç dəfə mühakimə olunan Yekaterinburqdan olan azərbaycanəsilli iş adamı Nəsimi Məmmədov barəsindəki bəraət hökmünü təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə Ura.ru-ya onun vəkili Olesya Bortnikova məlumat verib. Prokurorluğun daha yüksək instansiyaya şikayət verib-verməyəcəyi barədə məlumat verilmir. Xatırladaq ki, N.Məmmədov 2022-ci ilin yazında Dmitri Deyç və Mixail Klokla birlikdə saxlanılıb. İstintaq hesab edir ki, mərhum D.Deyç öz iş ortağı Aleksey Zubakinin qətlini o vaxtlar mütəşəkkil dəstənin lideri sayılan M.Kloka sifariş verib. İttihama görə, M.Klok öz sürücüsü N.Məmmədova müraciət edib, o isə muzdlu qatil qismində çıxış edib. N.Məmmədov təqsirini qətiyyətlə inkar edib. Andlılar məhkəməsi onun barəsində üç dəfə bəraət qərarı verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər