Dünya
İranın ali liderini seçən Ekspertlər Şurasının ofisinə zərbə endirilib - VİDEO
Martın 3-də İranın Qum şəhərində yerləşən və ölkənin ali liderini seçən Ekspertlər Şurasının ofisinə zərbə endirilib. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Məlumata görə, ABŞ-İsrail qüvvələri binanı hədəfə alıblar. Bildirilir ki, ötən gecə Tehranda da Ekspertlər Şurasının ərazisi ABŞ və İsrail hərbi təyyarələrinin hücumuna məruz qalmışdı.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun İrana qarşı "Şir nəriltisi" əməliyyatı çərçivəsində preventiv zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun da əməliyyatda iştirak etdiyini bəyan edib. ABŞ əməliyyatı "Epik qəzəb", İran isə cavab tədbirlərini "Həqiqi vəd - 4" adlandırıb. Martın 1-də İran dövlət televiziyası ali lider Əli Xameneinin həlak olduğunu bildirib. ABŞ-İsrail zərbələri nəticəsində İranda 500-dən çox insanın öldüyü qeyd olunur.

Mənbə
oxu.az