Dünya
İranın müvəqqəti müdafiə naziri də ÖLDÜRÜLDÜ
İranın müdafiə naziri vəzifəsinin icrasını müvəqqəti həyata keçirən Məcid bin əl-Rza öldürülüb. Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Channel 12" kanalı məlumat yayıb. Xatırladaq ki, general Məcid bin əl-Rza ötən gün İranın müdafiə nazirinin vəzifələrini müvəqqəti icra etməyə məsul edilmişdi. Onun sələfi Əziz Nəsirzadə isə fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları zamanı öldürülüb.
Mənbə
oxu.az