Cəmiyyət

Laçında Od çərşənbəsi qeyd olunur - VİDEO

03 Mar 2026, 16:00 2 baxış
Laçında Od çərşənbəsi qeyd olunur - VİDEO
Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsi Laçında da yüksək əhvali-ruhiyyə ilə qeyd olunur. Baku TV-nin çəkiliş qrupu Laçın şəhərində Abdullayevlər ailəsinin qonağı olaraq, onların doğma yurdlarında yaşadıqları bayram sevincini işıqlandırıb.
Laçınlı ağsaqqal Maarif Musayev çərşənbələri həmişə böyük həvəslə qeyd etdiklərini söyləyib. "Çərşənbələri hər il şadlıq içində keçirirdik. Od çərşənbəsində dağlarda təkər yandırırdıq. Şükür edirəm ki, bayramı yenidən öz torpağımızda qeyd edirik", - deyə o, sözlərinə əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər