İdman
PSJ geridönüş edərək "Strasburq"u məğlub etdi - Video
Fransa çempionatının VII turunda PSJ səfərdə "Strasburq"u 3:1 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, qarşılaşmanın 17-ci dəqiqəsində "Strasburq"un yarımmüdafiəçisi Covanni Reyna hesabı açıb.
Oyunun 73-cü dəqiqəsində PSJ-nin hücumçusu Usman Dembele penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Beş dəqiqə sonra Paris təmsilçisinin müdafiəçisi İlya Zabarnı hesabı bərabərləşdirib. Matçın 85-ci dəqiqəsində Dembele fərqlənərək PSJ-ni hesabda önə keçirib. Qonaqların hücumçusu Dezire Due isə 90+3-cü dəqiqədə üçüncü qolu vuraraq komandasının qələbəsini rəsmiləşdirib. Bu nəticədən sonra 14 xala malik PSJ turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Strasburq" isə 7 xalla 12-ci yerdədir.

Mənbə
oxu.az