Dünya
Malayziyada bir qrup naməlum şəxs dövlət çevrilişinə cəhd edib
Malayziyada bir qrup naməlum şəxs ölkə hökumətini devirmək məqsədilə onu nüfuzdan salmağa çalışıb. Oxu.Az-ın "Bernama" agentliyinə istinadən xəbərinə görə, bu barədə Baş nazir Ənvər İbrahim parlament üzvləri qarşısında çıxış edərkən məlumat verib. Ənvər İbrahimin sözlərinə görə, onlar xarici strukturların, eləcə də xarici KİV-in və beynəlxalq təşkilatların dəstəyi ilə hərəkət ediblər. "İddia edilir ki, strategiya, həmçinin hökumət təşəbbüslərini, xüsusən də Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası ilə əlaqəli təşəbbüsləri şübhə altına almaq üçün xarici KİV-ə müraciət edilməsini nəzərdə tutub. Eləcə də hökumətin və dövlətin nüfuzunu sual altına almaq məqsədilə narrativin formalaşdırılması üçün beynəlxalq əlaqələrdən istifadə edilməsi də planlaşdırılıb", - deyə Ənvər İbrahim qeyd edib.
Mənbə
oxu.az