Dünya
Zelenski: "Ukraynada seçki atəşkəs dövründə yox, müharibə tam bitdikdən sonra keçiriləcək"
"Ukraynada seçki müharibə bitdikdən sonra keçiriləcək". Oxu.Az xəbər verir ki, bu barədə "Corriere della Sera" Ukrayna lideri Vladimir Zelenskidən sitat gətirməklə informasiya yayıb. Məlumatda bildirilir ki, Zelenski ölkədə prezident seçkisinin müvəqqəti atəşkəs əldə edildikdən sonra yox, Rusiya ilə hərbi qarşıdurma tam başa çatdıqdan sonra keçirilə biləcəyinə hazır olduğunu bəyan edib. "Əsas sual odur ki, biz səsverməni nə vaxt təşkil edə bilərik? Bu proses qəti şəkildə müharibə yekunlaşdıqdan sonra baş tutacaq", - deyə Zelenski vurğulayıb. Ukraynanın sabiq baş naziri Nikolay Azarov isə iddia edib ki, ölkə rəhbərliyi 60 günlük müddəti yeni prezident seçkisinə hazırlıq üçün deyil, silahlı qüvvələrin təchizatını yeniləmək və xalq səsverməsinin nəticələrini saxtalaşdırmaq məqsədilə istifadə etməyi planlaşdırır. Xatırladaq ki, fevralın 24-də Zelenski bildirmişdi ki, hazırkı vəziyyət onun şəxsi seçimi deyil və hərbi münaqişənin başlaması səbəbindən prezidentlik səlahiyyətlərinin müddətinin uzadılıb. Ukrayna lideri həmçinin bəyan edib ki, əgər Rusiya ilə qarşıdurma davam edərsə, o, ikinci müddət üçün öz namizədliyini irəli sürəcək.
Mənbə
oxu.az