Dünya

Rusiya Silahlı Qüvvələri iki yaşayış məntəqəsini nəzarətə götürdü

03 Mar 2026, 14:32 2 baxış
Rusiya Silahlı Qüvvələri iki yaşayış məntəqəsini nəzarətə götürdü
Rusiyanın Silahlı Qüvvələri Ukraynanın iki kəndini nəzarətə götürüb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya hərbçiləri Sumı bölgəsindəki Bobılevka kəndini və Zaporojyedəki Veselyanka kəndini nəzarətə götürüblər. Xatırladaq ki, Rusiya-Ukrayna münaqişəsi 2022-ci il fevralın 24-də başlayıb. Rusiya hərbi qüvvələri müxtəlif istiqamətlərdən Ukraynanın bölgələrinə hücum edib və bir sıra kənd və şəhərləri nəzarətə götürüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər