Dünya
Vaşinqton İranın nüvə proqramına qarşı sərt mövqeyini açıqladı
"Birləşmiş Ştatların İran ərazisindəki hədəflərə zərbələri davam etdirmək üçün əlində geniş imkanlar var və bu hərbi əməliyyatların zaman çərçivəsi ciddi şəkildə artırıla bilər". Oxu.Az xəbər verir ki, bu fikirləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens "Fox News" telekanalına müsahibəsi zamanı səsləndirib. "Prezident qarşıya qoyulan məqsədləri çox aydın şəkildə ifadə edib, rəsmi Tehran nüvə silahına yiyələnə bilməz. Bizim İranın nüvə proqramını və təhlükə yaradan müxtəlif raket sistemlərini sıradan çıxarmaq üçün daha böyük potensialımız mövcuddur", - deyə Vens vurğulayıb. O, əlavə edib ki, ABŞ-nin masasında bir çox variantlar var və əməliyyatlar əhəmiyyətli dərəcədə uzun müddət davam edə bilər.
Mənbə
oxu.az