Dünya

"Subaru" minlərlə avtomobilini geri çağırır

03 Mar 2026, 13:48 2 baxış
"Subaru" minlərlə avtomobilini geri çağırır
Yaponiya avtomobil istehsalçısı "Subaru" əyləc sistemindəki nasazlıq səbəbindən 5 400-dən çox "Legacy", "Outback" və "XV" modelini geri çağırıb. Oxu.Az-ın məlumatına görə, bu barədə "Rosstandart" saytında məlumat verilib. "Geri çağırılma 2015-2019-cu illər arasında satılan və əlavədə göstərilən VIN kodları ilə 5 467 "Subaru Legacy", "Subaru Outback" və "Subaru XV" avtomobilinə təsir göstərir", - deyə bəyanatda bildirilib. Qeyd olunub ki, təsirə məruz qalan nəqliyyat vasitəsinin istismarı zamanı elektrik əyləclər birləşdiricinin qırılması səbəbindən ayrıla bilər. Bu halda, əl əyləci işləməyəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər