Cəmiyyət
Bürc Xəlifəyə zərbə: Bu görüntü hər kəsi aldadır - Video
Sosial şəbəkələrdə Dubay şəhərindəki Bürc Xəlifə qülləsinin vurulması ilə bağlı görüntülər yayılıb.
Axar.az xəbər verir ki, azərbaycanlı turistlərdən biri əslində Dubayda baş verənləri izah edib.
Onun sözlərinə görə, Bürc Xəlifə ətrafında eşidilən partlayış əslində iftar vaxtını bildirən top atışıdır. Bəzən isə insanlar bunu yanlış anlayır.
Qeyd edək ki, bundan əvvəl yayılan videoda da İran PUA-sının Bürc Xəlifəni vurmadığı. bu məşhur qüllədən yan keçdiyi görünürdü.
Sosial şəbəkələrdə Bürc Xəlifənin tüstülənməsi görüntüləri isə 2015-ci ildə binada baş verən yanğına aiddir.
Mənbə
axar.az