Cəmiyyət

Nazir İradə Xəlilovaya VƏZİFƏ VERDİ - FOTO

03 Mar 2026, 10:20 2 baxış
Nazir İradə Xəlilovaya VƏZİFƏ VERDİ - FOTO
Elm və təhsil nazirinin müvafiq əmri ilə İradə Xəlilova Canlı Sistemlərin Tədqiqi İnstitutuna direktor müavini təyin olunub. Oxu.Az xəbər verir ki, martın 2-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova institutun yeni direktor müavini İradə Xəlilovanı müəssisənin kollektivinə təqdim edib. Görüş çərçivəsində institutun mövcud fəaliyyəti və inkişaf perspektivləri müzakirə olunub, qarşıda duran vəzifələr və prioritet istiqamətlər diqqətə çatdırılıb. Sonda kollektivin sualları cavablandırılıb.
Qeyd edək ki, İradə Xəlilova əvvəllər Xəzər Universitetinin rektoru vəzifəsində çalışıb. O, 2025-ci il yanvarın 1-də öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib.
Nazir İradə Xəlilovaya VƏZİFƏ VERDİ - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər