Cəmiyyət

Tovuz məktəbində acınacaqlı vəziyyət: Divarlar dağılır, döşəmə yararsızdır

03 Mar 2026, 10:44 2 baxış
Tovuz məktəbində acınacaqlı vəziyyət: Divarlar dağılır, döşəmə yararsızdır
Tovuz rayonu, Akif Sadıqov adına İbrahimhacılı kənd tam orta ümumtəhsil məktəbində acınacaqlı şərait hökm sürür. Bu barədə Oxu.Az-a görüntülər daxil olub. Kadrlardan aydın olur ki, sinif otağının divarları köhnəlib, suvaqlar tökülüb, boya qatı tamamilə sıradan çıxıb. Döşəmə yararsız vəziyyətdədir, partalar isə köhnə və baxımsızdır. Şagirdlər bu şəraitdə dərs keçməyə məcbur qalırlar.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni məktəb binalarının inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlər sırasındadır. Açıqlamada qeyd olunub ki, son iki il ərzində idarənin tabeliyində olan 103 məktəbdə cari, iki məktəbdə isə əsaslı təmir işləri aparılıb: "Eyni zamanda, üç məktəb binası tam sökülərək yenidən inşa edilib". Bildirilib ki, idarə İbrahimhacılı kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən məlumatlıdır: "Adıçəkilən təhsil müəssisəsi 2026-cı ildə cari təmiri nəzərdə tutulan məktəblərin siyahısına daxil edilib". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər