Kriminal

Bakıda qadını daşla öldürən şəxsə ağır cəza verildi

03 Mar 2026, 10:56 1 baxış
Bakıda qadını daşla öldürən şəxsə ağır cəza verildi
Bakıda sevgilisini daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənə son söz dedikdən sonra hökm elan edilərək İgid Rəcəbzadə 17 il azadlıqdan məhrum olunub. Xatırladaq ki, ötən prosesdə prokuror onun 19 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi. Qeyd edək ki, 1995-ci il təvəllüdlü İgid Rəcəbzadə Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikahda yaşadığı 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Elgün Həsənli
Bakıda qadını daşla öldürən şəxsə ağır cəza verildi
Mənbə oxu.az

Oxşar Xəbərlər