Siyasət

Xameneisiz İranı nə gözləyir? - VİDEO

02 Mar 2026, 23:36 1 baxış
Xameneisiz İranı nə gözləyir? - VİDEO
Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında 28 fevralda ABŞ-İsrail koordinasiyalı əməliyyatı nəticəsində İranın Ali Lideri Seyid Əli Xameneinin öldürülməsi fonunda yaranmış hərbi-siyasi vəziyyət təhlil olunub.
Bildirilib ki, bir fiqurun aradan qaldırılması avtomatik olaraq sistemin çökməsi demək deyil. İranın hakimiyyət modeli fərdi liderə deyil, "vilayət-i fəqih" doktrinasına və dini-siyasi institutlar şəbəkəsinə əsaslanır. Ekspertlər Şurası, Mühafizəçilər Şurası və İslam İnqilabı Keşikçiləri Korpusu kimi strukturlar sistemin davamlılığını təmin edən əsas dayaqlardır. Qeyd olunub ki, mümkün varislik mexanizmlərinin əvvəlcədən nəzərdən keçirilməsi və güc blokunda sürətli təyinatlar "başsızlaşdırma" effektini minimuma endirməyə hesablanıb. Həsən Xomeyninin prosesdə yer alması isə keçid dövrünün legitimliyini gücləndirən simvolik addım kimi qiymətləndirilir. Vurğulanıb ki, ölkə daxilində genişmiqyaslı parçalanma əlamətləri müşahidə olunmur, əksinə, xarici təzyiq fonunda ictimai konsolidasiya meyilləri ön plana çıxır. Sonda qeyd edilib ki, hazırkı mərhələdə əsas məsələ sistemin dağılması deyil, rəhbərliyə yönəlmiş zərbə şəraitində idarəetmənin qorunub saxlanılması və daxili balansın təmin edilməsidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər