Siyasət

Ceyhun Bayramov İranla bağlı Səfadi ilə də danışdı

02 Mar 2026, 20:03 1 baxış
Ceyhun Bayramov İranla bağlı Səfadi ilə də danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər naziri Ayman əl-Səfadi ilə telefon danışığı aparıb.


XİN-dən Axar.az-a verilən məlumata görə, telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud hərbi-siyasi vəziyyət və artan gərginlik müzakirə olunub.


Qeyd olunub ki, tərəflər regional təhlükəsizlik mühitinin daha da pisləşməsinin yolverilməz olduğunu qeyd edərək mövcud fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik vasitələrlə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.


Nazirlər mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının və humanitar vəziyyətin ağırlaşmasının qarşısının alınmasının prioritet əhəmiyyət daşıdığını bildirib, regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunması istiqamətində beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.


Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər