Dünya
Trampdan İranla bağlı sərt açıqlama: "Biz hələ başlamamışıq"
ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verib. Oxu.Az xəbər verir ki, o, CNN jurnalistlərinə açıqlamasında ABŞ-nin hələ İrana qarşı güclü zərbələrə başlamadığını bildirib. "Böyük dalğa hələ gəlməyib. O yaxınlaşır. Biz onları darmadağın edirik. Düşünürəm ki, hər şey çox yaxşı gedir", - deyə Tramp vurğulayıb.
Mənbə
oxu.az