Dünya
CNN: İrana qarşı əməliyyatlarda 18 ABŞ hərbçisi ağır yaralanıb
İrana qarşı hərbi əməliyyatların başladığı gündən bəri 18 amerikalı hərbçi ağır yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsinə istinadən xəbər yayıb. Telekanalın verdiyi məlumata əsasən, Pentaqon artıq dörd hərbçisinin ölümünü rəsmi şəkildə təsdiqləyib. Bildirilir ki, həmin hərbçilər Küveytdə İran tərəfindən həyata keçirilən hücum nəticəsində həlak olublar. ABŞ-nin Yaxın Şərqdə hərbi əməliyyatlar zamanı dörd hərbçisi həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. "İranın hücumları zamanı ağır yaralanan dördüncü hərbçi aldığı xəsarətlərdən ölüb", - deyə xəbərdə bildirilib. Komandanlıq daha əvvəl ABŞ-nin İrana qarşı hərbi əməliyyatları zamanı üç hərbçisinin öldüyünü, beşinin isə ağır yaralandığını bəyan etmişdi. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
Mənbə
oxu.az