Dünya

İranda məktəblər distant təhsilə keçirildi

02 Mar 2026, 18:04 2 baxış
İranda məktəblər distant təhsilə keçirildi
İranda məktəblər 21 mart tarixinə qədər distant təhsil formasına keçirilib. Oxu.Az-ın "Tasnim" agentliyinə istinadən xəbərinə görə, bu barədə İran Təhsil Nazirliyinin nümayəndəsi məlumat verib. Bildirilib ki, məktəblərdə bütün əyani dərslər bu ilin sonuna qədər (İrandakı qaydalara görə il 20 martda başa çatır - red.) dayandırılıb. Xatırladaq ki, daha əvvəl İranda qızlar məktəbinə hücum barədə məlumat verilmişdi. İran öz ərazisinə endirilən zərbələrə görə məsuliyyəti ABŞ-nin üzərinə qoyub.
Mənbə oxu.az

Oxşar Xəbərlər