Siyasət

Səfərbərlik Xidmətinin vahid elektron informasiya sistemi haqqında əsasnaməsi təsdiqlənib

02 Mar 2026, 18:06 1 baxış
Səfərbərlik Xidmətinin vahid elektron informasiya sistemi haqqında əsasnaməsi təsdiqlənib
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə" təsdiq olunub. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qeyd olunur ki, bu, Əsasnamə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)vahid elektron informasiya sisteminin (VEİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edəcək. VEİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir: - proqram-texniki vasitələr və proqram təminatı; - telekommunikasiya qurğuları və kanalları; - informasiya ehtiyatı və onu idarəetmə paneli; - ehtiyat nüsxələr; - istismaraqədərki formalaşma mühitləri. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər