Siyasət

Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib

02 Mar 2026, 18:18 1 baxış
Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib
Dövlət Turizm Agentliyinin kollegiya üzvlərinin tərkibi və sayı müəyyənləşib. Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, kollegiya üzvləri doqquz nəfərdən ibarətdir və aşağıdakılardır: Kollegiyanın sədri Dövlət Turizm Agentliyinin sədri Kollegiyanın üzvləri: - Dövlət Turizm Agentliyi sədrinin müavini - Dövlət Turizm Agentliyi Aparatının rəhbəri - Dövlət Turizm Agentliyi Aparatının Turizm siyasəti və strategiyası şöbəsinin müdiri - Dövlət Turizm Agentliyi Aparatının Mədəni irs və regional turizm şöbəsinin müdiri - Turizm və Menecment Universitetinin rektoru - Turizm Bürosu İdarə Heyətinin sədri - Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri - Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin İcraçı direktoru.
Mənbə oxu.az

Oxşar Xəbərlər