Cəmiyyət

Baş nazirdən qərar: Bu agentliyin tərkibi təsdiqləndi

02 Mar 2026, 18:24 2 baxış
Baş nazirdən qərar: Bu agentliyin tərkibi təsdiqləndi

Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib.


Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.


Qərarla Dövlət Turizm Agentliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:


Kollegiyanın sədri


Dövlət Turizm Agentliyinin sədri


Kollegiyanın üzvləri:


Dövlət Turizm Agentliyi sədrinin müavini


Dövlət Turizm Agentliyi Aparatının rəhbəri


Dövlət Turizm Agentliyi Aparatının Turizm siyasəti və strategiyası şöbəsinin müdiri


Dövlət Turizm Agentliyi Aparatının Mədəni irs və regional turizm şöbəsinin müdiri


Azərbaycan Turizm və Menecment Universitetinin rektoru


Azərbaycan Turizm Bürosu İdarə Heyətinin sədri


Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri


Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin İcraçı direktoru.

Mənbə axar.az

Oxşar Xəbərlər