Dünya

Rusiya telekanalının Tehrandakı ofisinin yaxınlığına raket düşüb: İşçilər təxliyə edilir - VİDEO

02 Mar 2026, 17:42 2 baxış
Rusiya telekanalının Tehrandakı ofisinin yaxınlığına raket düşüb: İşçilər təxliyə edilir - VİDEO
Rusiyanın RT telekanalının İran redaksiyasının yaxınlığına raket düşüb. Oxu.Az-ın xəbərinə görə, bu barədə RT-nin "Telegram" kanalında məlumat verilib. "Hamı sağdır və hazırda təxliyə davam edir", - deyə RT-nin müxbiri Raniya Kasimi bildirib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə isə açıqlama verilməyib. RT-nin İran bürosunun rəhbəri Hami Hamedi qeyd edib ki, kanalın ölkədəki ofisi İsrail və ABŞ-nin zərbələri nəticəsində qismən zərər görüb: "Ofisimizə çox yaxın olan bina tamamilə dağılıb və ərazidə qaz qoxusu hiss olunur. Ola bilsin ki, partlayış baş versin".
Mənbə oxu.az

Oxşar Xəbərlər