Cəmiyyət

AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq

02 Mar 2026, 16:51 2 baxış
AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq

Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.


Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbulu zamanı bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər