Dünya
Kiprin hava limanı boşaldılır
Kiprin Pafos Beynəlxalq Hava Limanında təcili təxliyə əmri verilib. Oxu.Az xəbər verir ki, bu barədə "In Cyprus" informasiya agentliyi məlumat yayıb. Bəyanata görə, təhlükəsizlik xidmətləri bütün sərnişinlərə və işçilərə hava limanının terminal binasını təxliyə etməyi əmr edib. Xəbərə görə həyəcan siqnalı aeroportun hava məkanında naməlum pilotsuz təyyarənin aşkarlanmasından sonra verilib.
Mənbə
oxu.az