Digər

Dünya COVİD-19-dan sonra ikinci şoku yaşayır

02 Mar 2026, 13:02 2 baxış
Dünya COVİD-19-dan sonra ikinci şoku yaşayır

Dünyanın ən işlək beynəlxalq mərkəzi olan Dubay da daxil olmaqla, Yaxın Şərqin əsas hava limanları COVİD-19 pandemiyasından bəri 3 gündür ən kəskin aviasiya şokunu yaşayır.


Axar.az xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.


“Emirates”, “Etihad” və Qətər hava yolları şirkətləri yüzlərlə uçuşu ləğv edib.


Aparıcı aviaşirkətlərin səhmləri günlərlə davam edən fasilələrdən sonra təzyiq altında qalıb. Donald Tramp isə ABŞ-ın hərbi əməliyyatlarının daha dörd həftə davam edə biləcəyini bildirib”, - məlumatda vurğulanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər