Dünya

Havay adalarında tropik qasırğa: 100-dən çox ev ziyan gördü

17 Aug 2026, 17:00 2 baxış
Havay adalarında tropik qasırğa: 100-dən çox ev ziyan gördü
Havay adalarında baş verən tropik qasırğa nəticəsində 150 mindən artıq sakin elektrik enerjisiz qalıb, 100-dən çox evə ziyan dəyib. Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Mənbənin məlumatına əsasən, adalarda 150 mindən çox abunəçi hələ də işıqsızdır. Havay, Honolulu və Maui dairələrində çox şiddətli külək əsir. Regionun qubernatoru bildirib ki, qasırğa səbəbindən ən azı 100 ev qismən zədələnib və ya tamamilə dağılıb. Bununla yanaşı, bütün dövlət və dairə müəssisələri, məktəblər, eləcə də məhkəmələr fəaliyyət göstərmir. Hazırda ərazidə güclü leysan yağışları davam edir. Havayın Fövqəladə Hallar Agentliyi əhalini qasırğanın yarada biləcəyi təhlükələrə qarşı diqqətli olmağa və ehtiyat tədbirlərini davam etdirməyə çağırıb. Əlavə olaraq, hava limanlarının açıq qalmasına baxmayaraq, həftəsonu regiona planlaşdırılan 190-dan çox uçuş təxirə salınıb, 52 reys isə ümumiyyətlə ləğv edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər