Digər
Tramp təsdiqlədi: SEPAH-la gizli əlaqələrimiz var…
Əgər Oman İranla münaqişənin həllinə mane olarsa, onları məhv edəcəyik.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.
“İran təslim olmaq üçün ağ bayraq qaldırmalıdır. Onlar yaxşı poker oyunçularıdır, amma ölürlər.
Bizim SEPAH ilə gizli əlaqəmiz var. Biz İrandakı SEPAH rəsmiləri ilə birbaşa danışırıq”, - o bildirib.
Qeyd edək ki, dünən "Axios" nəşri ABŞ Prezidenti Donald Trampın İraq Kürdüstan Regionunun başçısı Nəcirvan Bərzani vasitəsilə SEPAH komandanı Əhməd Vahidi ilə gizli şəkildə əlaqə yaratdığı barədə məlumat yaymışdı.
Mənbə
axar.az