Kriminal
Sumqayıtda qatar "KamAZ"la toqquşub
Sumqayıt şəhərində qatar "KamAZ"la toqquşub. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Quba yolununun Sumqayıt şəhərindən keçən hissəsində baş verib. Hərəkətdə olan qatarla "KamAZ" markalı yük avtomobili toqquşması nəticəsində yük maşını aşıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az