Digər
Kaladze Əbu-Dabidədir, Tiflisə uça bilmir
Tiflisin meri Kaxa Kaladze hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidədir və mövcud vəziyyətlə əlaqədar olaraq hələlik təyyarə ilə uça bilmir.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Qeyd edək ki, fevralın 28-dən etibarən İsrail-ABŞ və İran arasında qarşılıqlı hava hücumları davam edir. İran ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərində yerləşdiyi iddia olunan obyektlərinə də zərbələr endirir. Bununla əlaqədar regionda hava məkanı bağlanıb.
Mənbə
axar.az