Digər
SEPAH-ın Sulduzda qərargahı vuruldu
Qərbi Azərbaycan əyalətinin Nəqədə (Sulduz) şəhərində SEPAH-ın qərargahına hava zərbələri endirilib.
Axar.az xəbər verir ki, bu barədə yerli mənblər məlumat yayıb.
Məlumata görə, bu gün səhər saatlarında bir neçə dəqiqə ərzində bazaya 5 dəfə ardıcıl hava zərbələri endirilib.
Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınlarının cəlb olunduğu, ərazinin mühasirəyə alındığı bildirilib.
İnsan tələfatı barədə hələlik məlumat verilməyib.
Mənbə
axar.az