Digər
ABŞ Kapitolidə təhlükəsizlik tədbirlərini gücləndirir
ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyat fonunda mümkün terror təhlükəsi səbəbindən Konqres binası – Kapitoli ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.
Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla axşamdan etibarən və sabah ərzində Kapitoli ərazisində gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq olunacaq.
Mənbə
axar.az