Dünya

Yaxın Şərqdə limanlar münaqişə fonunda fəaliyyətini dayandırır

02 Mar 2026, 03:14 2 baxış
Yaxın Şərqdə limanlar münaqişə fonunda fəaliyyətini dayandırır
Yaxın Şərqdə gərginliyin artması fonunda regionun iri limanları fəaliyyətini müvəqqəti dayandırmağa başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb. "Lloyd's List Intelligence" analitik şirkətinin nəşrə verdiyi məlumata görə, Bəhreyndəki bütün limanlar müvəqqəti bağlanıb. Bundan əlavə, Oman ərazisində, Ərəbistan dənizi sahilində yerləşən Dukm limanı da fəaliyyətini dayandırıb. Bildirilir ki, liman martın 1-də səhər saatlarında iki pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Dünyanın aparıcı liman operatorlarından olan "DP World" isə Dubaydakı Cəbəl-Əli limanında əməliyyatları dayandırdığını açıqlayıb. Fevralın 28-də hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində vurulan PUA qalıqlarının düşməsi səbəbindən limanın terminallarından birində yanğın baş verib. Bununla yanaşı, "Lloyd's List Intelligence" qeyd edib ki, Küveyt, Səudiyyə Ərəbistanı, Misir, Qətər və İordaniyadakı limanlar hazırda fəaliyyətini davam etdirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər