Dünya

SEPAH-dan iddia: ABŞ-nin "Abraham Lincoln" aviadaşıyıcısı geri çəkilir

02 Mar 2026, 03:21 2 baxış
SEPAH-dan iddia: ABŞ-nin "Abraham Lincoln" aviadaşıyıcısı geri çəkilir
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Abraham Lincoln" aviadaşıyıcısının İranın dörd ballistik raket zərbəsindən sonra dislokasiya rayonunu tərk etdiyi iddia olunur. Oxu.Az xəbər verir ki, bu barədə İranın dövlət telekanalı IRIB məlumat yayıb. Məlumat İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinin açıqlamasına istinadən verilib. SEPAH-ın bəyanatında qeyd olunur ki, hücumdan sonra ABŞ aviadaşıyıcısı ərazini tərk edərək Hind okeanı istiqamətinə yollanıb. Öz növbəsində, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, aviadaşıyıcı istiqamətində atəş açılsa da, İran raketləri hədəfə çatmayıb və gəmi zərər görməyib. Qeyd edək ki, söhbət ABŞ-nin nüvə enerjisi ilə işləyən aviadaşıyıcısından gedir.
Mənbə oxu.az

Oxşar Xəbərlər