Dünya
Brent markalı neftin qiyməti 81 dolları keçib
Londonun "Intercontinental Exchange" (ICE) birjasında Brent markalı neftin qiyməti bir barel üçün 81 ABŞ dollarını ötüb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu göstərici 23 iyun 2025-ci ildən bəri ilk dəfə qeydə alınıb. Hərrac məlumatlarına əsasən, Brent markalı neft həftənin ilk ticarət gününün əvvəlində 12,2% bahalaşıb. Qiymət artımı Yaxın Şərqdə gərginliyin artması fonunda baş verir.
Mənbə
oxu.az