Dünya

Böyük Britaniya ABŞ-yə öz hərbi bazalarından istifadə üçün icazə verib

02 Mar 2026, 02:41 2 baxış
Böyük Britaniya ABŞ-yə öz hərbi bazalarından istifadə üçün icazə verib
Böyük Britaniya ABŞ-yə İrana qarşı zərbələr üçün öz hərbi bazalarından istifadə etməyə icazə verib. Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer "X" sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə bildirib. Onun sözlərinə görə, Vaşinqton Britaniya bazalarından istifadə üçün rəsmi müraciət edib və London bu xahişi nəzərə alıb. K.Starmer qeyd edib ki, Böyük Britaniya əməliyyatlara birbaşa qoşulmayacaq. Bununla yanaşı, London pilotsuz uçuş aparatlarının hücumlarının qarşısını almaq üçün Fars körfəzi bölgəsinə mütəxəssislər göndərəcəyini açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər